“Barselona”nın hücumçusu Robert Levandovski futbolçu karyerasını başa vurması ilə bağlı fikirlərini bölüşüb.

Matc.az AS nəşrinə istinadən xəbər verir ki, polşalı forvard futbolla vidalaşmaqdan qorxmadığını bildirib:

“Karyeramı bitirməkdən qorxmuram.Çünki buna artıq hazırlaşmağa başlamışam. Futboldan sonra nə ilə məşğul ola biləcəyimi düşünürəm. Bilirəm ki, futbol həyatımın çox vacib hissəsidir. Amma bu, bütün həyatım deyil, xüsusən də indi. Gənclik illərimdə bu barədə düşünmürdüm, çünki beynimdə yalnız futbol var idi. Amma indi başa düşürəm ki, karyeramın sonuna çox yaxınam. Bilmirəm nə qədər vaxtım qalıb - bir, iki, üç il, bəlkə də dörd. Lakin heç bir təzyiq hiss etmirəm. Bir gün bədənimə qulaq asıb nəyinsə dəyişdiyini hiss etsəm, o zaman karyeramı bitirməyə hazıram”.

Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin 30 iyun tarixinədək qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest