31 Dekabr 2025, 11:55
FUTBOL
Joao Kanselo yanvar ayında "Əl-Hilal"dan ayrılmağa yaxındır.
Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu Avropaya qayıtmaq istəyir.
"İnter" Kanselonu heyətinə qatmaq istəyir. A Seriyası nəhəngi 31 yaşlı sağ cinah müdafiəçisi üçün Səudiyyə Ərəbistanı klubu ilə danışıqlara başlayıb.
"Barselona" və "Yuventus" da Portuqaliya millisinin üzvü ilə maraqlanır.
Qeyd edək ki, Joao Kaselo bu mövsüm "Əl-Hilal"ın heyətində keçirdiyi 11 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.







_1767127284.jpg)




