08 Mart 2026, 13:09
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola iki oyunluq cəzalandırılıb.
Matc.az xəbər verir ki, buna səbəb onun mövsümdə 6-cı sarı vərəqəni alması olub.
Qvardiola İngiltərə kubokunun 1/8 finalında "Nyukasl"a qalib gəldikləri (3:1) görüşdə hakimə sərt şəkildə etiraz etdiyi üçün sarı vərəqə alıb və buna görə də cəzalı duruma düşüb.
Qvardiola İngiltərə Premyer Liqasının 30-cu turunda "Vest Hem"lə oyunu və hələ püşkü atılmayan İngiltərə kubokunun 1/4 final matçını buraxacaq.












