31 Dekabr 2025, 11:17
FUTBOL
"Trabzonspor"un hücumçusu Danilo Sikan mövsümün ikinci hissəsini Türkiyənin başqa klubunda keçirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Rəşat Can Özbudak məlumat məlumat yayıb.
"Bordo-mavililər"in rəhbərliyi 24 yaşlı forvardın mövsümün sonuna qədər icarəyə verilməsi ilə bağlı "Kasımpaşa" ilə razılıq əldə edib. Hazırda son qərarı ukraynalı futbolçunun özü verməlidir. Hücumçu razılıq versə, yeni ilə İstanbul klubunda başlayacaq.
2025-ci ilin əvvəlində "Trabzonspor"a qoşulan Sikan cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb və 2 qol vurub.







_1767127284.jpg)




