A Seriyasının prezidenti Etsio Simonelli çempionatın qış fəslində keçiriləcək oyunlarında narıncı topdan istifadə edilməyəcəyini təsdiqləyib.

Matc.az xəbər verir ki, buna səbəb azarkeşlərdən, xüsusilə də rəng qavrayışında problemi olan insanlardan daxil olan çoxsaylı şikayətlərdir. Onlar oyun zamanı topu aydın görə bilmədiklərini bildiriblər.

Simonellinin sözlərinə görə, liqa artıq istehsalçıya müraciət edərək başqa rəngdə yeni topların hazırlanmasının sürətləndirilməsini tələb edib. Çempionatın bir turunun keçirilməsi üçün, məşqlərdə istifadə olunan toplar nəzərə alınmadan, təxminən 500 top lazımdır və bu da dəyişiklik prosesinin müəyyən vaxt aparmasına səbəb olur.

Qurumun prezidenti yerli mətbuata açıqlamasında belə deyib:

“Biz çoxlu əsaslandırılmış şikayətlər aldıq. Daltonizmi olan insanlar bu topu ümumiyyətlə görmürlər. Təchizatçımızdan yeni topların istehsalını sürətləndirməsini xahiş etdik. Hər oyun üçün 25 top lazımdır. Bu da məşq toplarını çıxmaq şərti ilə həftədə təxminən 500 top deməkdir. İstehsal artıq başlayıb, lakin narıncı variantdan tam imtina etmək üçün müəyyən vaxt tələb olunacaq. Bu qərar uğursuz alındı, buna görə də yenidən sarı və ya ağ rəngə qayıdacağıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest