30 Dekabr 2025, 15:59
FUTBOL
Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) 20 yanvar 2026-cı ildə ofsayd qaydalarına dəyişiklikləri nəzərdən keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.
Bildirilir ki, IFAB-ın Londonda keçiriləcək iclasda ofsayd qaydalarındakı dəyişiklikləri müzakirə etməsi gözlənilir. Qəbul edilərsə, qaydaların 2026/27 mövsümündən etibarən qüvvəyə minməsi gözlənilir.
Qeyd edək ki, hazırda ofsayd oyunçunun qola səbəb ola biləcək bədəninin hər hansı bir hissəsi, ötürmə edildiyi anda qapıçı da daxil olmaqla, sonuncudan sonrakı müdafiəçidən rəqibin qapısına daha yaxın olduqda müəyyən edilir.












