30 Dekabr 2025, 12:32
FUTBOL
"Fənərbaxça"nın futbolçuları Oğuz Aydın ilə İrfan Can Kahveci Super Liqada klublarını dəyişə bilərlər.
Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
"Beşiktaş" hər iki oyunçunun xidmətində maraqlıdır. "Qara qartallar" Türkiyə millisinin üzvlərini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, İrfan Can Kahveci baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb. Oğuz Aydın isə bu mövsüm komandanın heyətində keçirdiyi 24 oyunda 2 qol ötürməsi edib.










_1767091216.jpg)

