“Mançester Yunayted” "AZ Alkmaar"ın yarımmüdafiəçisi Kees Smiti transfer etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" niderlandlı futbolçunun transferində israrlıdır. Premyer Liqa nəhəngi Niderland klubunun tələb etdiyi 60 milyon avroluq məbləğə baxmayaraq, 19 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir. Smitlə Madrid “Real”ı da maraqlanır.

Futbolçunun klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir. "Transfermarkt" onun transfer dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Kees Smit bu mövsüm "AZ Alkmaar"ın heyətində 27 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest