"Utrext"in müdafiəçisi Soffian El Karuani karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayıb.

"Fənərbaxça" mərakeşli futbolçunu transfer etmək istəyir. istanbul nəhəngi 25 yaşlı sol cinah müdafiəçisi üçün Niderland klubuna rəsmi təkliflə müraciət edib.

Qeyd edək ki, Soffian El Karuani bu mövsüm "Utrext"in heyətində keçirdiyi 29 oyunda 3 qol vurub, 15 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest