"Beşiktaş"ın müdafiəçisi Taylan Bulut İstanbulda klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Yeni Çağ" nəşri məlumat yayıb.

"Kasimpaşa" Almaniya U-20 millisinin üzvünü heyətinə qatmaq istəyir. istanbul klubu 19 yaşlı sağ cinah müdafiəçisini yanvar ayında icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, Taylan Bulut bu mövsüm "Beşiktaş"ın heyətində 4 Super Liqa matçında 186 dəqiqə meydanda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest