29 Dekabr 2025, 17:00
FUTBOL
Türkiyənin "Trabzonspor" klubunun ukraynalı hücumçusu Danilo Sikan karyerasını Danimarkada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Kopenhagen klubu artıq ukraynalı oyunçunun mümkün transferi ilə bağlı danışıqlara başlayıb və danışıqlar müsbət istiqamətdə gedir.
"Trabzonspor" baş məşqçi Fatih Tekkenin planlarına daxil olmadığı üçün həm icarə, həm də daimi transferi nəzərdən keçirir.
Qeyd edək ki, Sikan bu ilin yanvar ayında "Trabzonspor"a 6 milyon avroya "Şaxtyor"dan transfer olunub. Lakin o, əsasən əvəzedici kimi meydana çıxaraq əsas heyətdə yer ala bilməyib. Bu mövsüm o, 15 oyunda 2 qol vurub.












