PSJ prezidenti Nasir Əl-Xəlayfi yarımmüdafiəçi Vitinyanın transferi ilə bağlı qəti mövqe tutub və "Real" ilə danışıqları aparmaq niyyətində deyil.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" xəbər yayıb.

Əsas oyunçusu ilə ayrılmaq istəməməsindən başqa, əhəmiyyətli bir amil Əl-Xəlayfi ilə "Real" prezidenti Florentino Peres arasındakı gərgin münasibətlərdir. Kilian Mbappe ilə bağlı bəzi hadisələr və "Real" ilə UEFA arasında Superliqa uğrunda münaqişə iki lider arasındakı münasibətlərə xələl gətirib.

Qeyd edək ki, "Globe Soccer Awards"da ən yaxşı yarımmüdafiəçi seçilən Vitinyanın Parislilərlə 2029-cu ilə qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest