28 Dekabr 2025, 10:18
FUTBOL
"Bavariya" yarımmüdafiəçisi Yozua Kimmixin müqaviləsini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kimmix 2015-ci ildə "Leypsiq"dən "Bavariya"ya keçib. O, bu mövsüm Bundesliqada 13 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.












