"Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeydanın və "Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Muminin də üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti oyununa çıxıb.

Matc.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda Benin millisi Botsvana yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.

"Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadou Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest