"Əl-İttihad"ın idman direktoru Ramon Planes "Rea"ın braziliyalı qanad oyunçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanı liqasında oynayacağını xəyal etdiyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" nəşri paylaşıb.

"Bəli, Vinisius kimi oyunçuların Səudiyyə Ərəbistanında ola biləcəyi ehtimalını görürəm. Liqanın inkişaf etdiyini görürəm və inanıram ki, burada yüksək səviyyəli oyunçuların yüksək formada olması tamamilə mümkündür".

Madrid klubunun hücumçusu bu mövsüm klubda 24 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Keçən mövsüm o, 58 matçda 22 qol vurub və 19 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest