"Qarabağ" adı Braziliyanın "Vitoriya" klubu ilə hallanan Mateus Silva ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, Ağdam klubu 28 yaşlı müdafiəçini mövsümün sonuna kimi saxlamaq niyyətindədir.

Baş məşqçi Qurban Qurbanov müdafiənin həm cinahında, həm də mərkəzində oynamağı bacaran Silvanın satılmasına qarşıdır.

"Sambaçı"ya hələlik real təklif yoxdur. Şifahi maraq göstərən "Vitoriya" "Qarabağ"la rəsmi təmasa keçməyib.

Qeyd edək ki, Mateus 2023-cü ilin sentyabrında Bolqarıstanın "Lokomotiv" klubundan "Qarabağ"a keçib. O, bumövsüm 23 oyunda 1 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest