25 Dekabr 2025, 21:56
FUTBOL
"Barselona" qışda mərkəz müdafiəçisi mövqeyinə futbolçu transfer etmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
La Liqa təmsilçisi "Union Berlin"də çıxış edən Dioqo Leyte ilə müqavilə imzalamağı ciddi şəkildə düşünürPortuqaliyalı futbolçunun Almaniya klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan "Barselona" 26 yaşlı müdafiəçini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Union Berlin" Dioqo Leyteni 2022-ci ilin yayında "Portu"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.












