"Borussiya"nın futbolçusu Kərim Adeyemi bir çox klubun transfer siyahısına düşüb.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Liverpul", "Barselona", "İnter", "Arsenal" və "Mançester Yunayted" almaniyalı vingerin xidmətində maraqlıdır.

Almaniya klubu oyunçunu satmağın əleyhinə deyil. Dortmund təmsilçisi 23 yaşlı futbolçu üçün 60 milyon avrodan yuxarı gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Kərim Adeyemi bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 27 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest