“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretzka “Atletiko”nun maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto "Radio Marca"nın efirində məlumat verib.
Madrid təmsilçisinin rəhbərliyi 30 yaşlı futbolçunu transfer etmək imkanını dəyərləndirir və onu yüksək səviyyəli, böyük təcrübəyə malik futbolçu hesab edir. “Atletiko”da əmindirlər ki, Qoretzka Dieqo Simeonenin komandasına mərkəz xəttində balans və fiziki güc qata bilər.
Bununla yanaşı, “Bavariya” almaniyalı yarımmüdafiəçi ilə yollarını ayırmağa tələsmir. Münhen klubu müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olan Qoretzka ilə sözləşmənin uzadılması ilə bağlı danışıqlar aparır. Futbolçunun gələcəyi ilə bağlı hələlik yekun qərar verilməyib.
Leon Qoretzka cari mövsümdə bütün turnirlərdə 23 oyuna çıxsa da, nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalmayıb.










_1766673962.jpg)

