24 Dekabr 2025, 19:55
FUTBOL
"Qremio"nun müdafiəçisi Qustavo Martins karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az Braziliya mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" 23 yaşlı futbolçunu transfer etmək istəyir.
İstanbul nəhəngi artıq braziliyalı mərkəz müdafiəçisinin meneceri və klubu ilə danışıqlara başlayıb. "Qara qartallar" Martins üçün 3,5 milyon avroluq təklif göndərib. A Seriyası təmsilçisi isə 6 milyon avro tələb edir.
Qeyd edək ki, Qustavo Martins başa çatan mövsümdə "Qremio"nun heyətində keçirdiyi 32 oyunda 5 qol vurub.












