“Yuventus”un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 20 yaşlı istedadlı oyunçu ilə “Tottenhem” və “Çelsi” ciddi şəkildə maraqlanır.

Hazırda futbolçunun Turin klubu ilə müqavilənin yenilənməsi ilə bağlı danışıqları dalana dirənib. Yıldız maaşının əhəmiyyətli dərəcədə artırılmasını (illik 6 milyon avroya qədər) gözləyir. Əgər tərəflər ilin sonuna qədər kompromis tapa bilməsələr, türkiyəli vinger yanvar ayında klubunu dəyişə bilər.

“Yuventus” Türkiyə millisinin üzvünü təxminən 90 milyon avro dəyərində qiymətləndirir. Kenan Yıldız cari mövsümdə bütün turnirlərdə 26 oyuna çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest