"Marsel"in yarımmüdafiəçisi Derril Bakola bir çox klubun transfer siyahısında yer alıb.

Matc.az xəbər verir ki, bu barədə "Footmercato" nəşri məlumat yayıb.

Perspektivli yarımmüdafiəçinin xidmətlərində "Arsenal", eləcə də "Ştutqart" və Dortmund "Borussiya"sı ciddi şəkildə maraqlanır. 18 yaşlı futbolçunun Fransa təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.ə

Bakola cari mövsümdə Fransa çempionatında artıq 7 oyunda meydana çıxıb. Bundan əlavə, fransalı gənc hücumameyilli yarımmüdafiəçi Çempionlar Liqasının "Nyukasl"a qarşı keçirilən oyunda (2:1) parlaq çıxışı ilə yadda qalıb və həmin görüşdə məhsuldar ötürmə ilə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest