"Əl-Hilal"dan ayrıldıqdan sonra azad agent statusunda olan Renan Lodinin yeni klubu məlum olub.

Matc.az xəbər verir ki, braziliyalı futbolçu "Atletiko Mineyro" ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

27 yaşlı sol cinah müdafiəçisi ölkəsinin klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Renan Lodi bu ilin yayında "Əl-Hilal"dan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest