"Leypziq"in futbolçusu Amadu Aydara 2025-ci ildən Fransada oynayacaq.

Matc.az xəbər verir ki, "Lans" malili yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi Aydara üçün Almaniya klubuna 2 milyon avro təzminat ödəyəcək. 27 yaşlı oyunçu ilə 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Amadu Aydara bu mövsüm "Leypziq"in heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest