"Milan" 30 yaşlı belçikalı hücumçu Divok Origi ilə müqavilənin ləğv olunduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Oyunçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə idi.

Qeyd edək ki, Origi ötən mövsümü "Nottinqem"də keçirib, 22 oyunda iştirak etdib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest