23 Dekabr 2025, 19:26
FUTBOL
"Milan" 18 yaşlı futbolçu ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
İtaliya təmsilçisi Belqrad "Partizan"ından Andrey Kostiçi sıralarına qatıb. Monteneqrolu hücumçunun tezliklə komandaya qoşulacağı gözlənilir.
Bildirilibki, tərəflər arasında müqavilə uzunmüddətli olacaq. Belqrad klubu bu transferdən təxminən 5 milyon avro və transfer bonusları alacaq.
Qeyd edək ki, Andrey Kostiç ötən yay Monteneqronun "Buduçnost" klubundan 900.000 avroya "Partizan"a keçib. O, bu mövsüm "Partizan"ın heyətində 27 oyuna çıxıb və 9 qol vurub.










_1766503995.jpg)

