Yunanıstanın "Olimpiakos" klubu baş məşqçi Xose Luis Mendilibarın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Mendilibar 2014-cü ilin fevral ayından "Olimpiakos"u çalışdırır. Komanda 64 yaşlı məşqçinin rəhbərliyi altında 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest