23 Dekabr 2025, 12:59
FUTBOL
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola müdafiəçi Yoşko Qvardiola ilə müqavilənin uzadılması təşəbbüsü ilə çıxış edib.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
23 yaşlı futbolçu bu mövsüm Ruben Diaşla birlikdə müdafiənin mərkəzində mütəmadi olaraq forma geyinir. Klub onu əsas oyunçu kimi uzun müddət heyətdə saxlamaq niyyətindədir və yeni müqaviləni artıq bu mövsüm imzalamağı planlaşdırır.
Qvardiolun hazırkı sözləşməsi 2028-ci ilə qədər qüvvədə olsa da, maaşının artırılması ehtimalı ilə anlaşmanın uzadılması gözlənilir.
Xorvatiyalı mərkəz müdafiəçisi ccari mövsümdə ən çox meydanda olan futbolçulardan biri olub. O, bütün turnirlərdə 20 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.












