"Fənərbaxça" mövsümün sonunda müqaviləsi başa çatan Anderson Talişka ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, Super Liqa nəhəngi braziliyalı hücumameyilli yarımmüdafiəçini komandada saxlamağı planlaşdırır. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.

İstanbul təmsilçisi 31 yaşlı futbolçuya eyni maaşla 2 illik yeni sözləşmə təklif edib. Təcrübəli oyunçu Türkiyədə xoşbəxtdir və karyerasını burada davam etdirmək istəyir.

Qeyd edək ki, Anderson Talişka bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 25 oyunda 14 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest