23 Dekabr 2025, 12:31
FUTBOL
“Çelsi” Belçikanın “Genk” klubunda çıxış edən Konstantinos Karetzası transfer siyahısına daxil edib.
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi perspektivli futbolçu ilə 2026-cı ildə müqavilə bağlamağı planlaşdırır. Londonlular bununla da digər iddiaçıları qabaqlamağa çalışırlar. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Genk şəhərində doğulan Karetzas Yunanıstan millisində çıxış etməyi seçib. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi “10 nömrə” mövqeyində, eləcə də hücumun cinahlarında effektiv oynaya bilir və universal futbolçu olduğunu nümayiş etdirir.
Mənbələrin məlumatına görə, futbolçu ilə “Arsenal”, “Liverpul”, “Bavariya” və PSJ kimi Avropa klubları da maraqlanır.












