Türkiyənin "Başakşehir" klubunda ayrılıq gerçəkləşib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Deniz Türüçlə yollarını ayırıb. Bu barədə komandanın baş məşqçisi Nuri Şahin məlumat verib.

37 yaşlı mütəxəssis Denizin mövsümün ikinci yarısında onlarla olmayacağını deyib. Baş məşqçi 32 yaşlı vingerin onun istəyi ilə komandadan göndərildiyini bildirib.

Qeyd edək ki, Deniz Türüç bu mövsüm "Başakşehir"in heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest