"Real" mövsümün sonunda müqaviləsi başa çatan Dani Karvaxalla bağlı qərar verib.

Matc.az xəbər verir ki, La Liqa nəhəngi kapitanla yollarını ayıracaq. Bu barədə "El Nacional" məlumat yayıb.

"Kral klubu" ispaniyalı futbolçuya yeni sözləşmə təklif etməyəcək. 33 yaşlı sağ cinah müdafiəçisi gələn ilin yayında azad agent statusu ilə Madrid təmsilçisinə tərk edəcək.

Qeyd edək ki, Dani Karvaxal bu mövsüm "Real"ın heyətində 9 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest