21 Dekabr 2025, 17:00
FUTBOL
Portuqaliyalı mütəxəssis Luiş Kaştru İspaniyanın "Levante" klubunun yeni baş məşqçisi təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Klub onun rəhbərliyi altında ilk matçını növbəti ilin yanvarında səfərdə "Sevilya"ya qarşı keçirəcək. Kaştru son olaraq Fransa təmsilçisi "Nant"ın baş məşqçisi olub.
Qeyd edək ki, "Levante" cari mövsümdə keçirdiyi 16 oyunda cəmi 10 xal toplayaraq çempionatın autsayderi mövqeyindədir. Komanda son turda "Real Sosyedad"la 1:1 hesablı heç-heçə edib.












