21 Dekabr 2025, 14:11
FUTBOL
"Real" La Liqanın 17-ci turunda "Sevilya" üzərində 2:0 hesablı qələbə qazanılan oyunda Vinisius Juniorun azarkeşlər tərəfindən fitə basıldıqdan sonra Madrid klubu onun yayında olduğunu göstərib. Lakin klub son aylarda braziliyalı oyunçunun ətrafında yaranan atmosferdən narahatdır.
Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilir ki, Vinisiusla "Real"ın prezidenti Florentino Peres arasında normal dialoq var. Madrid klubunun rəhbərliyi hücumçunun əməyini və meydandakı əzmini yüksək qiymətləndirir.












