20 Dekabr 2025, 21:22
FUTBOL
Braziliyalı müdafiəçi Tiaqo Silva Portuqaliyanın "Porto" klubu ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayıb.
Bildirilir ki, 41 yaşlı futbolçu Portuqaliya klubu ilə 2026-cı ilin iyun ayına qədər qısamüddətli müqavilə imzalayıb və müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadıla bilər.
Xatırladaq ki, Silva kapitan sarğısı daşıdığı Braziliyanın "Fluminense" klubundan azad agent kimi ayrılıb. Müdafiəçi "Fluminense"də 212 oyun keçirib və 19 qol vurub.












