20 Dekabr 2025, 18:06
FUTBOL
"Mançester Siti" "Bornmut"un hücumçusu Antuan Semenyonun nümayəndələri ilə danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, tərəflərin 25 yaşlı oyunçunun transferi bağlı ilkin əlaqələri olub.
"Mançester Yunayted"in də cinah müdafiəçisi ilə maraqlandığı qeyd edilir.
Qabalı futbolçunun sərbəst qalma məbləği 65 milyon avrodur və 10 yanvar tarixinə qədər qüvvədədir.
Qeyd edək ki, bu mövsüm Semenyo bütün turnirlərdə 16 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.












