"Milan" "Vest Hem"in hücumçusu Niklas Fülkruq ilə müqavilə bağlamağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat verib.

Bildirilir ki, son detallar hələ dəqiqləşməyib və klublar müqaviləni bağlamaq üçün danışıqlar aparırlar. Fülkruq bir neçə gün əvvəl "Milan"a qoşulmağa razılıq verib.

Transferin məcburi olmayan, lakin almaq hüququ olan icarə əsasında həyata keçirilməsi planlaşdırılır. Mümkün transferrin dəyərinin 14-15 milyon avrodan az olduğu təxmin edilir.

Qeyd edək ki, bu mövsüm alman hücumçu bütün yarışlarda 9 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib. Ümumilikdə Fülkruq 413 dəqiqə meydanda olub.

Onun "Vest Hem"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 8 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest