"Mançester Yunayted" "Bornmut"un cinah oyunçusu Antuan Semenyoya ciddi maraq göstərir.

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

"Mançester Yunayted" qanalı oyunçu üçün daha üç namizəd - "Mançester Siti", "Liverpul" və "Tottenhem" ilə rəqabət aparmalıdır.

"Bornmut" isə müqaviləsindəki sərbəst qalma maddəsinin 50 milyon funt-sterlinqə endirməsinə baxmayaraq, Semenyonun yaya qədər heyətində saxlamaq istəyir.

Qeyd edək ki, bu mövsüm 25 yaşlı vinger bütün yarışlarda 16 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest