“Roma” Leon Beylinin icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi imkanını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Paytaxt təmsilçisi yamaykalı vingerin performasından və tez-tez zədələnməsindən narazıdır. "Canavarlar" 28 yaşlı futbolçu ilə yanvar ayında yollarını ayırmağı planlaşdırır.

Qeyd edək ki, "Roma" Leon Beylini mövsümün əvvəlində "Aston Villa"dan icarəyə götürüb. Təcrübəli oyunçu A Seriyası klubunun heyətində keçirdiyi 9 oyunda 1 qol ötürməsi  edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest