19 Dekabr 2025, 12:36
FUTBOL
"Qalatasaray" "Hoffenhaym"ın yarımmüdafiəçisi Umut Tohumcunu transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
İstanbul nəhəngi almaaniyalı futbolçunu yanvar ayında heyətinə qatmağa çalışacaq. Bundesliqa təmsilçisi 21 yaşlı oyunçunu 6 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Almaniya U-21 millisinin üzvü olan Umut Tohumcu bu mövsüm "Hoffenhaym"ın heyətində keçirdiyi 8 oyunda 1 qol vurub.












