19 Dekabr 2025, 09:24
FUTBOL
"Jirona" Macarıstanın "Dyor" klubunda oynayan 20 yaşlı ukraynalı hücumçu Oleksandr Pişçuru transfer etməkdə maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə "Nemzeti Sport Online" məlumat yayıb.
Kataloniya klubu artıq 20 yaşlı futbolçu üçün ilk təklifini göndərib.
Pişçur 2022-ci ildən bəri Macarıstan klublarında çıxış edir.
Bu mövsüm o, "Dyor"a 20 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. Hücumçu həmçinin Ukraynanı U-21 səviyyəsində təmsil edir.








_1766101689.jpg)



