18 Dekabr 2025, 20:26
FUTBOL
Argentina və İspaniya milli komandalarının iştirakı ilə keçiriləcək Finalissima oyunu 2026-cı ilin mart ayında Qətərdə baş tutacaq.
Matc.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Cənubi Amerika və Avropa çempionları arasında qarşılaşma 27 mart tarixində Dohada, “Lusail” stadionunda keçiriləcək.
Xatırladaq ki, məhz bu stadionda Argentina yığması 2022-ci il dünya çempionu olub. Həmin finalda argentinalılar Fransanı 3:3 hesablı heç-heçədən sonra penaltilər seriyasında 4:2 hesabı ilə məğlub etmişdilər.












