Hazırda icarə əsasında “Everton”da çıxış edən “Mançester Siti”nin vingeri Cek Qriliş komanda yoldaşı İliman Ndiaye barədə fikirlərini bölüşüb.
Matc.az "Goal" nəşrinə istinadən xəbər verir ki, seneqallı vingeri Premyer Liqanın ən texnikalı oyunçusu adlandırıb:
“Ndiaye Premyer Liqanın ən texniki futbolçusudur. Saf ustalıq baxımından ondan yaxşısı yoxdur. Mən demirəm ki, o, ən yaxşısıdır, amma çox texnikalıdır. Məsələn, Bukayo Saka ("Arsenal") çox güclüdür, dünyanın ən yaxşı vingerlərindən biridir. Amma o, texnikalı deyil. Ceremi Dokunu ("Mançester Siti") minifutbol üçün kiçik meydana çıxarmazdınız. Amma Ndiaye üçün ümumiyyətlə geniş məkan lazım deyil. Bəli, bəli, onun harada olması fərq etmir. O, sadəcə hərəkət edir. Halbuki Dokuya sürəti və digər xüsusiyyətləri üçün bir qədər boş sahə lazım ola bilər. Eləcə də Sakaya”.
Qeyd edək ki, İliman Ndiaye bu mövsüm “Everton”un heyətində 18 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.










_1766070628.jpg)

