Türkiyə Kubokunun əsas mərhələsinin I turunda "Qalatasaray" doğma meydanda "Başakşəhər" ilə üz-üzə gələcək.

Matc.az xəbər verir ki, Türkiyə çempionu qarşılaşmaya 7 itki ilə çıxacaq.

"Sarı-qırmızılar" heyətində Vilfried Sinqo, Berkan Kutlu, Kaan Ayhan və Uğurcan Çakır zədəli olduqları üçün komandaya kömək edə bilməyəcəklər. Viktor Osimhen (Nigeriya), Mario Lemina (Qabon) və İsmail Yakobs (Seneqal) isə Afrika Millətlər Liqasında iştirak etmək üçün ölkələrinin yığma komandalarına yollanıblar.

Qeyd edək ki, "Qalatasaray" – "Başakşəhər" qarşılaşması sabah saat 21:30-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest