"Borussiya"nın yarımmüdafiəçisi Salih Özcan karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.

"Qalatasaray" türkiyəli futbolçunu transfer etmək istəyir. "Sarı-qırmızılar"ın Almaniya klubu ilə 6 ayılıq müqaviləsi qalan 27 yaşlı dayaq yarımmüdafiəçisini 2,5 milyon avroya heyətinə qatacağı bildirilir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Salih Özxan bu mövsüm Dortmund təmsilçisinin heyətində 4 oyunda 21 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest