17 Dekabr 2025, 12:50
FUTBOL
"Əl-Əhli" qapıçı Eduard Mendinin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuaat xidməti məlumat yayıb.
33 yaşlı seneqallı qolkiperlə 2027/2028 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Eduard Mendi bu mövsüm "Əl-Əhli"nin heyətində 18 oyunda meydana çıxıb.












