17 Dekabr 2025, 10:33
FUTBOL
"Leypziq"in futbolçusu Timo Verner karyerasını ABŞ-də davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyasının əməkdaşı Florian Plettenberq məlumat yayıb.
"San-Xose Ertkveyks" almaniyalı vingerlə danışıqlara başlayıb. 29 yaşlı oyunçunun yanvar ayında MLS təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Timo Verner cari mövsümdə "Leypziq"in heyətində 2 oyunda 2 dəqiqə meydanda qalıb. Onun klubla müqaviləsi yayda başa çatır.

_1773102045.jpg)
_1773098529.jpg)





_1773096960.jpg)


