Fransanın PSJ klubunun futbolçusu Usman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.

Fransanın PSJ klubunun futbolçusu Usman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Usman Dembele Liqa 1-də 25 qolla 2024/2025 mövsümünün bombardiri olub. Ümumilikdə isə Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Paris klubu ötən mövsüm Çempionlar Liqasını, Fransa çempionatını, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest