"İndependiente"nin cinah oyunçusu Santyaqo Montyel 2025-ci ilin "The Best FIFA Football Awards"da "Puşkaş" mükafatının qalibi seçilib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Argentinalı futbolçu "İndependiente" – "Rivadaviya" ilə oyunda cərimə meydançasının xaricindən möhtəşəm zərbə endirib.

Qadınlar arasında "Puşkaş" mükafatı isə "Orlando Prayd" (ABŞ) komandasının oyunçusu Lisbet Ovalleyə verilib.

Xatırladaq ki, ötən ilki mükafatlandırma mərasimində "Puşkaş" mükafatını "Mançester Yunayted"in hücumçusu Alexandro Qarnaço alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest