"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Beşiktaş" ingiltərəli futbolçunu yanvar ayında heyətinə qatmaq istəyir. İstanbul nəhəngi artıq 29 yaşlı oyunçunun meneceri ilə danışıqlara başlayıb. Təcrübəli yarımmüdafiəçi Türkiyədə oynamağa isti yanaşır.

Qeyd edək ki, Ruben Loftus-Çik bu mövsüm "Milan"ın heyətində keçirdiyi 16 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest